29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Atletiko”ya qol vuran “Qarabağ”lı

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”, “Roma”, “Atletiko” kimi nəhənglərlə oynayacaq “Qarabağ”ın bəzi futbolçuları bu klublara qarşı çıxış edib.

Futbolxeber.az saytının məlumatına görə, onlardan hətta bu klublara qol vuran futbolçular da var.

Bunlardan birincisi Ağdam klubunun yarımmüdafiəçisi Miçel Maderadır. İspaniyalı oyunçu ölkəsinin çempionatılnda oynadığı vaxtlarda dəfələrlə “Atletiko” ilə üz-üzə gəlib. Yarımmüdafiəçi hətta bu oyunlarda qola da sevinib.

Madera “Atletiko”ya qarşı ilk oyununu 2008/2009-cu il mövsümündə keçirib. Həmin matçda madridlilər 3:1 hesablı qələbə qazanıb.

2011/2012-ci il mövsümündə “Xetafe”də çıxış edən Madera “Atletiko” ilə oyunda 49-cu dəqiqədə Madrid klubunun qapısına yol tapıb. Həmin oyunda “Xetafe” qələbə qazanıb. Miçel İngiltərə Premyer Liqasında “Çelsi”yə qarşı oynamağa da imkan tapıb. O, “Birmingem”in heyətində 2009/2010-cu il mövsümündə komandasının 0:3 hesabı ilə səfərdə uduzduğu oyunda meydanda olmaq şansı əldə edib.

“Bakı” klubunun yetirməsi Mahir Mədətov “Atletiko”ya qarşı forma geyinmək şansı əldə edib. O, 2013-cü ildə Tofiq Bəhramov adına Respublika stadionunda Madrid təmsilçisinə qarşı meydana çıxıb. Bu matçda “Bakı” 0:3 hesabı ilə uduzmuşdu.

“Qarabağ”ın yeni transferi Anton Kanibolotski də “Çelsi” ilə matça canlı şahidlik edənlərdəndir. O, UEFA Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə “Şaxtyor”un evdə 2:1 hesabl ilə qalib gəldiyi, səfərdə 2:3 uduzduğu qarşılaşmalarda Ukrayna klubunun heyətində olub. Lakin o, meydana çıxmayıb. Həmin il qrupdan məhz “Şaxtyor” növbəti mərhələyə vəsiqə qazanmışdı. London klubu isə qrupda 3-cü olmuşdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31