18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

"Qarabağ"a qarşı diqqətli olmalıyıq" - “Kopenhagen”in oyunçusu

“İlk qarşılaşma çox çətin oldu. Təəsüfflər olsun ki, “Vardar”la qarşılaşmada qırmızı vərəqə aldığım üçün “Qarabağ”a qarşı oynaya bilmədim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kopenhagen”in oyunçusu Yan Qrequş deyib. Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün öz meydanında “Qarabağ”ı qəbul edəcək. Oyundan öncə açıqlama verən futbolçu fikirlərini bildirib. O,  “Vardar”la matçda qırmızı vərəqə qaldığı üçün Bakıda meydana çıxa bilmədiyindən ikinci qarşılaşmada oynamaq istədiyini deyib:

“Bu gün baş tutacaq görüşdə meydanda olmaq istəyirəm. Bu matç komandamız üçün çox vacibdi. Azarkeşlərin köməyinə həddindən artıq ehtiyacımız var. “Qarabağ” güclü komandadı və onlara qarşı diqqətli olmalıyıq. Bu matçda qələbə qazanmaq komandaya yüksək əhval-ruhiyyə gətirəcək”.

Qeyd edək ki, “Kopenhagen” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30