25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Xarici futbol

Millimizin sabiq baş məşqçisi "Ayntraxt"da

Bir zamanlar Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandasının baş məşqçisi vəzifəsində çalışan Nikolay Adamın yeni iş yeri bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, son olaraq Hindistanın U -17 millisi ilə müqavilə bağlayan Adamın sözü gedən ölkədə də işi başa çatdığından doğma Vətənə üz tutub.

Təcrübəli mütəxəssis ölkəsinin "Ayntraxt" klubunda çalışacaq. O, yeni klubunda beynəlxalq əlaqələr üzrə direktor vəzifəsini icra edəcək. Bundan başqa, yaxın zaman ərzində "Ayntraxt" klubunun təmsil etdiyi Frankurt şəhərində Çin-Alman futbol məktəbi açılacaq ki, həmin işdə də əsas məsuliyyət Nikolay Adamın üzərinə düşür.

Lakin bizdə olan məlumatlar bununla da bitmir. Belə ki,  Azərbaycanın U - 19 millisində, eləcə də Hindistanın U - 17 yığmasında yerli mütəxəssisimiz Etibar İbrahimovla birgə çalışan Nikolay Adamın yaxın günlərdə sabiq köməkçisini də yanına aparması gözlənilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30