20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Barselona” və “Milan” zirvədə, “Real” izləyici rolunda

Sabah baş tutacaq “Real” – “Mançester Yunayted” oyununda 43-cü UEFA Superkubokunun qalibi bəlli olacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, ilk dəfə 1972-ci ildə qalibi müəyyənləşən titul 42 dəfə sahibini tapıb.
 
Əvvəllər Kuboklar kuboku, sonra isə UEFA kuboku (indiki Avropa Liqası) turnirinin qalibi Çempionlar Liqasının ən güclüsü ilə qarşılaşıb. Bəzi vaxtlarda ev-səfər, bəzən isə neytral meydanda münasibətlərini aydınlaşdıran klubların duelləri bir neçə dəfə müxtəlif səbəblərdən baş tutmayıb.
 
1972-ci ildə klubların təşəbbüsü ilə baş tutan ilk Superkubok isə hələ də UEFA tərəfindən rəsmi tanınmayıb.
 
Həmin dueli də nəzərə alsaq, 42 mövsümdən 23-də Çempionlar Liqası, 12-də Kuboklar kuboku, 7-də Avropa Liqasının qalibi Superkuboka yiyələnib.
 
İndiyədək 12 ölkə təmsilçisi kuboka yiyələnib. İspaniya 13, İtaliya 9, İngiltərə 7 dəfə bunu bacarmaqla ilk “üçlük”də yer alıb.
 
Klublar arasında “Barselona” və “Milan” liderdi – hərəsi 5 dəfə. “Real”, “Liverpul” və “Ayaks”ın hərəyə 3 Superkuboku olsa da, sonuncuların bir titulu rəsmi deyil.
 
Superkubokun bütün qalibləri
 
1972*. “Ayaks” (Hollandiya)
1973. “Ayaks” (Hollandiya)
1975. “Dinamo” (Kiyev, SSRİ)
1976. “Anderlext” (Belçika)
1977. “Liverpul” (İngiltərə)
1978. “Anderlext” (Belçika)
1979. “Nottinhem Forest” (İngiltərə)
1980. “Valensiya” (İspaniya)
1982. “Aston Villa” (İngiltərə)
1983. “Aberdin” (Şotlandiya)
1984. “Yuventus” (İtaliya)
1986. “Styaua” (Ruminiya)
1987. “Porto” (Portuqaliya)
1988. “Mexelen” (Belçika)
1989. “Milan” (İtaliya)
1990. “Milan” (İtaliya)
1991. “Mançester Yunayted” (İngiltərə)
1992. “Barselona” (İspaniya)
1993. “Parma” (İtaliya)
1994. “Milan” (İtaliya)
1995. “Ayaks” (Hollandiya)
1996. “Yuventus” (İtaliya)
1997. “Barselona” (İspaniya)
1998. “Çelsi” (İngiltərə)
1999. “Latsio” (İtaliya)
2000. “Qalatasaray” (Türkiyə)
2001. “Liverpul” (İngiltərə)
2002. “Real” (İspaniya)
2003. “Milan” (İtaliya)
2004. “Valensiya” (İspaniya)
2005. “Liverpul” (İngiltərə)
2006. “Sevilya” (İsapniya)
2007. “Milan” (İtaliya)
2008. “Zenit” (Rusiya)
2009. “Barselona” (İspaniya)
2010. “Atletiko” (İspaniya)
2011. “Barselona” (İspaniya)
2012. “Atletiko” (İspaniya)
2013. “Bavariya” (Almaniya)
2014. “Real” (İspaniya)
2015. “Barselona” (İspaniya)
2016. “Real” (İspaniya)
 
* - UEFA tərəfindən tanınmayıb.
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30