20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Suares Neymarla vidalaşdı: Heç vaxt dəyişmə

“Barselona”nın hücumçusu Luis Suares PSJ-yə keçmək üzrə olan Neymarla vidalaşıb.

Futbolxeber.az saytının məlumatına görə, uruqvaylı futbolçu şəxsi “İnstaqram” hesabında bununla bağlı paylaşım edib.

Birgə şəkillərini paylaşan Suares “sambaçı”ya yeni komandasında uğur diləyib: “Sənə hər şeyin ən yaxşısını arzulayıram, dostum. Birgə oynadığımız müddətdə unikal anlar yaşadıq. Mənə verdiyin dəstəyə görə təşəkkür edirəm. Həmişə belə qal və heç vaxt dəyişmə. Səni çox istəyirəm, qardaşım”.

Neymarın PSJ-yə transferinin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Bu keçiddən “Barselona” 222 milyon avro qazanacaq.

Qeyd edək ki, Neymar 2013-cü ildən “Barselona”da çıxış edirdi. O, Kataloniya klubunda 2 dəfə La Liqanın, 3 dəfə İspaniya Kubokunun, 1 dəfə İspaniya Superkubokunun, 1 dəfə Çempionlar Liqasının və 1 dəfə Klublararası dünya çempionatının qalibi adını qazanıb.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30