24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

“Barselona”nın təklifi 120 milyona çatdı

“Barselona” “Liverpul”un futbolçusu Filipp Koutinyodan əl çəkmir.

Futbolxeber.az-ın məlumatına görə, kataloniyalılar braziliyalı yarımmüdafiəçini transfer etməkdə israrlıdılar.

100 milyon avroluq təklifi qəbul edilməyən “Barsa” rəhbərliyi qarşı tərəflə yenidən danışıqlara başlayıb. Onlar ingilislərə yeni təklif göndəriblər. La Liqa təmsilçisi keçidin baş tutması üçün 120 milyon avro xərcləməyə hazır olduğunu bildirib.

Koutinyo karyerasını İspaniyada davam etdirməyə razı olsa da, “Liverpul” onu buraxmaq istəmir. “Mersisaydlılar” “Barselona”nın yeni təklifini hələ cavablandırmayıblar.

Qeyd edək ki, karyerası ərzində İtaliya “İnter”i, “Vasko da Qama” və “Espanyol” klublarında da çıxış etmiş Koutinyo 2013-cü ildən “Liverpul”un formasını geyinir. O, “qırmızılar”ın heyətində 182 oyunda 42 qola imza atıb.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30