19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

"Şerif"in kapitanı: "Qarabağ"a qarşı hücum futbolu oynamaq axmaqlıqdı"

"Şerif"in kapitanı Mateo Suşiç komandasının uzun müddətdir liderlərindəndi. Bosniya və Herseqovina yığmasının da üzvü olan sağ cinah müdafiəçisi Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la Bakıda qolsuz bərabərliklə nəticələnən oyunda meydanda ən yaxşılardan idi.

Futbolxeber.az saytının məlumatına görə, Suşiç müsahibəsində çempionumuzun gücündən, onu keçmək şanslarından danışdı.

- "Qarabağ"a qarşı oyun haqqında düşüncələriniz necədi?

- Bakıda çox çətin oyun keçirdik. Amma məqsədimiz ikinci oyun üçün yaxşı nəticə əldə etmək idi. Düzdür, səfərdə uduzmadıq. Amma evdə də asan olmayacaq. Çətin həlledici və tarixi qarşılaşma olacaq. Rəqibimiz son illər Avropa arenalarında gücünü göstərən "Qarabağ"dı.

- Əslində, 0:0-dansa 1:1 daha yaxşı nəticə sayıla bilər. Çünki Tiraspoldakı istənilən qollu heç-heçə "Qarabağ"ı növbəti mərhələyə daşıyacaq. Ötən il eyni hadisə "Qarabağ"ın başına gəlmişdi. Çexiya "Viktoriya"sı ilə səfərdəki 0:0 nəticə evdə rəqibin növbəti mərhələyə çıxmasına səbəb oldu...

- Mən düşünmürəm ki, Bakıdakı 0:0 hesabı bizim üçün yaxşı nəticədi. Çünki rəqib 1 top vursa, ikisini biz vurmalı olacağıq. Sadəcə üstün tərəfimiz odur ki, "Şerif" doğma meydanda çıxış edəcək. Öz stadionumuzda daha yaxşı oyun göstərməliyik. Pley-off-a getmək istəyiriksə, ortaya keyfiyyətli futbol qoymalıyıq.

- Amma baş məşqçinizin və komanda yoldaşlarınızın açıqlamalarından görünür ki, "Şerif" evdə də səfərdəki kimi çıxış edəcək...

- "Qarabağ" çox təhlükəli komandadı. Yaxşı təşkilatlanmış heyətə sahibdirlər. İndividual olaraq bir anda matçın taleyini həll edəcək futbolçulara sahibdilər. Heyətdə elə oyunçular var ki, ona qarşı bir anlıq səhv hər şeyi həll edə bilər. Amma düşünürəm ki, şanslar 50-50-yədi.

- Matçı penaltilərə qədər uzatmağı düşünmürsünüz?

- İlk oyundan sonra Moldovada da bu barədə danışırdılar. Bildirirdilər ki, "Şerif" "Qarabağ"ı penaltilərə qədər aparıb orda udmaq istəyir. Gəlin sizə bir şey deyim: İlk matçdan əvvəl də hamı Azərbaycan klubunun bizə böyükhesabla qalib gələcəyini düşünürdü. Nə oldu? Mən bu deyilən fikirlərlə razı deyiləm. Biz oyunumuzla hamının fikrini alt-üst etdik.

- Yəni hücum futbolu oynayacaqsız?

- Baş məşqçimizin fikirləri ilə razıyam ki, "Qarabağ"a qarşı hücum futbolu oynamaq təhlükəlidi və axmaqlıqdı. İkinci mərhələdə Gürcüstanın "Samtredia" klubu bunu etdi və cəzasını çəkdi. Gürcülər məhz Ağdam klubunu düzgün dəyərləndirmədikləri üçün məhv oldular. Biz "Samtredia" deyilik və imkan vermərik ki, "Qarabağ" komandamızı böyükhesbala udsun. Komanda yoldaşım da düz deyib ki, biz dəli deyilik. Öz oyunumuzla növbəti mərhələni qazanmaq istəyirik.


sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30