19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Abubakarın əvəzinə Babakar...

Ötən mövsüm “Portu”dan (Portuqaliya) icarəyə götürdüyü kamerunlu hücumçu Vensan Abubakarla yenidən anlaşa bilməyən “Beşiktaş” artıq onun əvəzedicisini tapıb. Futbolxeber.az-ın məlumatına görə, son Türkiyə çempionu “Fiorentina”nın (İtaliya) forvardı Kuma Babakara “elçi düşüb”.
 
Yerli mətbuatda bildirilir ki, “ağ-qaralar” bu keçidi həll etmək üçün 24 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb. İstanbul nəhənginin Babakar üçün İtaliya klubuna 8 milyon avro təklif edəcəyi deyilir.
 
Qeyd edək ki, “Fiorentina”nın yetirməsi olan Babakar ötən mövsüm çıxış etdiyi 31 oyunda 14 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Seneqal millisinin də üzvüdür.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30