23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Ronaldo Portuqaliya millisindən ayrılır

Kriştianu Ronaldo Konfederasiyalar Kubokunun yarımfinalında oyunsonrası penaltilərdə Çiliyə uduzan (0:3) Portuqaliya millisinin düşərgəsindən ayrılır.

Futbolxeber.az saytının məlumatına görə, turnirdən öncə ulduz futbolçunun 2 övladı dünyaya gəlib. Buna baxmayaraq, Ronaldo yığmanın uğuru üçün körpələrini görmək üçün yığmanın düşərgəsini tərk etməyib.

Lakin Portuqaliya millisi finala yüksəlmədiyindən Ronaldo övladlarının yanına yollanacaq və bürünc medal uğrunda qarşılaşmada forma geyməyəcək. Bu barədə qərar dünənki yenilgidən sonra qəbul olunub. Əgər Portuqaliya finala yüksəlsəydi, Kriştianu övladlarını bir qədər gec görəcəkdi.

“Mən tam olaraq millinin oyunlarına köklənmişdim. Baxmayaraq ki, 2 övladımın dünyaya gəldiyini bilirdim. Təəssüf ki, biz qarşıya qoyulan hədəfə çata bilmədik. Konfederasiyalar Kubokunu qazanmasaq da, gələcəkdə də azarkeşlərimizi sevindirmək üçün çalışacağıq.

Portuqaliya Futbol Federasiyasının prezidenti və millinin baş məşqçisinin mənə qarşı etdiklərindən kövrəldim. Bunu heç vaxt unutmayacağam. Onlar övladlarımın yayına yollana biləcəyimi bildirdilər. Nəhayət ki, ilk dəfə olaraq onları görəcəyəm” - deyə Ronaldo feysbukda yazıb.

Məsələ ilə bağlı Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomes də açıqlama verib:

“Ronaldonun övladları turnirdən öncə dünyaya gəldilər. Başa düşürük ki, biz Konfederasiyalar Kubokunu qazanmaq şansını itirmişik. Bu səbəbdən də Ronaldoya nəhayət ki, körpələrini görmək üçün şərait yaratmalıyıq”.

Qeyd edək ki, Ronaldonun 2 övladı dünyaya gəlib. Oğlan uşağına Mateo, qıza isə Eva adı verildiyi deyilir. Daha əvvəl isə Ronaldonun bir oğlu var idi. Hazırda o, 6 yaşındadı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30