26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

İsrafilovun komandası La Liqaya buraxılmadı

Futbol üzrə İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir. Futbolxeber.az-ın məlumatına görə, bu gecə həlledici oyuna vəsiqə qazanan ikinci komanda da müəyyənləşib. 
 
Yarımfinalda üz-zə gələn "Tenerife" ilə milli futbolçumuz Eddi İsrafilovun komandası - "Kadis"in cavab görüşü daha gərgin alınıb. 
 
Xatırladaq ki, bu komandaların ilk oyununda futbolçumuzun komandası doğma meydanda minimal hesablı qələbəyə sevinmişdi. Cavab görüşündə isə "Tenerife" oxşar hesabla qalib gəlib. Bu üzdən də matç əlavə vaxta gedib. Lakin artırılan yarım saatda da başqa qol olmayıb. Belə olan halda yarışın əsasnaməsinə uyğun olaraq, İspaniya ikinci liqasında mövsümü 5-ci yerdə başa vura "Kadis"dən daha üst pillədə (4-cü) qərarlaşan "Tenerife" finala yüksəlib.
 
Qeyd edək ki, Eddi bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
Digər yarımfinal cütündə "Xetafe" "Hueska"nı üstələyib (səfərdə 2:2, evdə 3:0). Beləliklə, La Liqaya son vəsiqə uğrunda "Xetafe" və "Tenerife" mübarizə aparacaq. Tərəflər arasındakı ilk oyun iyunun 21-də, cavab görüşü isə ayın 24-də baş tutacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30