20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Prosineçki peşəkar deyildi”

İngiltərə millisinin sabiq üzvü və hazırda bu ölkənin “Stok Siti” klubundaçıxış edən Piter Krauç millimizin baş məşqçisi Robert Prosineçki ilə bağlı maraqlı açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, o, xorvatiyalının futbolçu karyerası ilə bağlı mənfi fikirlər səsləndirib 
 
Krauç “Portsmut”da komanda yoldaşı olduğu Prosineçkinin yaxşı futbol oynasa da, siqaret aludəçisi olduğunu deyib: “Robert Prosineçki nadir hallarda dünyaya gələn futbol ustalarından biri idi. Ancaq o, heç də peşəkar deyildi. Robertin ən böyük dərdi siqaret idi. O, gün ərzində 2 qutu siqaret çəkirdi. Əslində, siqaret çəkmək qadağan idi. Buna baxmayaraq, Prosineçki bütün futbolçulardan üstün olduğunu sübut edirdi”. 
 
Qeyd edək ki, karyerası ərzində “Real” və “Barselona” kimi dünya nəhəngi klublarda çıxş edən Prosineçki 2001/02 mövsümündə “Portsmut”un formasını geyib. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30