19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Xarici futbol

“Barselona” mübarizəni dayandırdı, "Monako" yarımfinalda (YENİLƏNİB)

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, son oyun günündə də iki görüş baş tutub.
 
Azərbaycanlı futbolsevərləri yaxından maraqlandıran qarşılaşma İspaniyada keçirilib. Ölkəmizdə xeyli sayda azarkeşi olan “Barselona” doğma meydanda son İtaliya çempionu “Yuventus”u qəbul edib. İlk oyunda 0:3 hesabı ilə məğlub olan Kataloniya təmsilçisi evdə də rəqibi ilə qolsuz bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb.
 
Gecənin digər görüşü isə Fransada keçirilib “Monako” evdə Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. İlk görüşda 3:2 hesablı qələbəyə sevinən fransızlar bu dəfə də rəqibini məğlub edərək (3:1) yarımfinal mərhələsinə adlayıb.
 
Qeyd edək ki, dünən keçirilən iki oyundan sonra “Atletiko” və “Real” (hər ikisi İspaniya) yarımfinal mərhələsinə adlayıb. 
 
Çempionlar Liqası
1/4 final, cavab oyunları
19 aprel
 
“Barselona” (İspaniya) - “Yuventus” (İtaliya) - 0:0
İlk oyun - 0:3
 
“Monako” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qollar: Mbappe, 3; Falkao, 17; Jermen, 81 - Roys, 48
İlk oyun - 3:2
 



Ad: bdullayev;   E-mail: 559020443

19.04.2017 23:24

barselona yuventus
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30