20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Nazir İndoneziya futbol yığmasının İslamiadadan kənarda qalmasına aydınlıq gətirib

“İslamiadanın futbol yarışında 8 ölkə iştirak edəcək. Onlar texniki və logistika baxımından seçilib. İndoneziyaya 4-5 məktub göndərildi. Onlardan vaxtında cavab gəlmədi. Ona görə də yarışda 8 ölkənin iştirakı təsdiqlənib”.
 
Futbolxeber.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasından sonra təşkil edilən mətbuat konfransında İndoneziya futbol yığmasının IV İslam Həmrəyliyi Oyunlarından kənarda qalmasına münasibət bildirərkən deyib.
 
İndoneziyanın bununla bağlı narazılığını şərh edən A.Rəhimov bildirib ki, artıq gecdir və cədvələ dəyişiklik etmək olmaz. Nazir İndoneziya nümayəndələrinə lazımi izahat veriləcəyini söyləyib: “Artıq gecdir. Cədvəli dəyişə bilmərik. İndoneziya nümayəndələri ilə bu gün görüş olacaq və onlara lazımi izahat veriləcək”.
 
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında ev sahibi Azərbaycan milli komandası ilə yanaşı Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları çıxış edəcək. İslamiadada hər bir ölkə 23 yaşadək futbolçulardan ibarət yığma ilə təmsil olunacaq. (“Report”)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30