28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Unay Emeri "Barselona faciəsi"ni şərh etdi

Ötən gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Fransa təmsilçisi PSJ evdə böyükhesablı (4:0) qələbə qazanmasına baxmayaraq, səfərdə “Barselona”ya 1:6 hesabı ilə uduzuaraq, turnirdə mübarizəni dayandırıb.
 
Matçdan sonra Paris klubunun baş məşqçisi Unay Emeri məğlubiyyəti belə şərh edib: “Növbəti mərhələyə adlamaq üçün inanılmaz şansı əldə verdik. Rəqibə təzyiq etmədik. Ümumiyyətlə, oyunboyu topla çox pis davrandıq. Öz qapımızın önündən çəkilmirdik. “Barselona” da saysız-hesabsız qol şansları yaxalayırdı. Vurduğumuz qoldan sonra bir az arxayınlaşdıq. Hətta hesabı bərabərləşdirə də bilərdik. Ən azı 2-ci qol vurmaq şansımız oldu. Son dəqiqələrdə oyuna nəzarəti tamamilə itirmişdik. “Barselona” geridönüşlərə layiq komandadır və bunu bacarır”.
 
Fransalı mütəxəssis oyundakı hakimlikdən narazı qaldığını da gizlətməyib: “Hakimlər bütün mübahisəli epizodlarda rəqibin leyhinə qərar verdilər. Qapımıza elə penaltilər təyin olundu ki... Hakimlər oyunun sonuna yaxın nəzarəti tamamilə əldən verdilər. Referi tərəfindən cəzalandırıldıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31