18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

Almaniya millisinin azarkeşləri Bakıda turnir keçirəcək

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan - Almaniya matçını ölkəmizdə izləməyə gələcək alman azarkeşlərin başqa planı da var. Futbolxeber.az-ın məlumatına görə, onlar paytaxtımızda futbol yarışı keçirəcəklər.
 
Bu barədə Almaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Mənbədə bildirilir ki, martın 26-da günorta saatlarında “Bayıl Arena”da keçiriləcək oyunlarda fan-klubun üzvləri komandlara bölünəcək və üz-üzə gələcəklər.
 
Qeyd edək ki, 800-dək alman azarkeş matça canlı baxmaq üçün ölkəmizə gələcək. Komandanın fan-klubunun martın 29-da yaranması günüdür. Bu səbəbdən onların matç üçün bilet və Bakıda yemək xərclərini məşhur şirkətlərdən biri fan-kluba ad günü hədiyyəsi olaraq öz öhdəliyinə götürüb.
 
Xatırladaq ki, qarşılaşma martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30