18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Prezident Dəniz Yılmazın qovulmasından danışdı

Türkiyənin “Bursaspor” klubu bir neçə gün öncə millimizin üzvü Dəniz Yılmazı müddətsiz olaraq, əsas heyətdən kənarlaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, Super Liqa klubunun prezidenti Ali Ay məsələ ilə bağlı açıqlama verib.
 
O, Yılmazla yanaşı, əsas komandadan uzaqlaşdırılan digər futbolçu – Sərcan Yıldırım haqda da danışıb: "Dəniz "Kayserispor"la matçda aldığı qırmızı vərəqəyə görə rəhbərlikdən, texniki heyətdən və azarkeşlərimizdən üzr istəməli idi. Ancaq, o, bunu etmədi və buna görə də heyətdən kənarlaşdırıldı. Sərcan Yıldırımın məsələsi isə fərqlidir.O, bizim övladımızdır. Sərcana sahib çıxmaq istədik, amma tənbəldir".
 
Qeyd edək ki, “Bursaspor”un Super Liqanın 21-ci turunda səfərdə “Kayserispor”a 0:2 hesabı ilə uduzduğu matçın 19-cu dəqiqəsində rəqibə qarşı kobud oynayan Yılmaz birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30