20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Neftçi”nin yeni transferi: “Bu barədə məlumatım yox idi”

Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Matçdan sonra qonaq komandanın yeni transferi – fransalı hücumçu Hüqo Barqas məğlubiyyəti belə şərh edib:
 
- Bilirdik ki, bizi necə oyun gözləyir. Ona görə də müdafiədən oynayağa çalışdıq. Rəqibin matç başlayan kimi üzərimizə atılacağı gözlənilən idi. İlk hissədə bir imkanımız oldu. Ondan yararlana bilsəydik, bəlkə də, vəziyyət daha fərqli ola bilərdi. Ancaq yenə deyirəm, pis oynamadıq. Bu oyunu unudub, növbəti matçlara hazırlaşmaq lazımdı. 
 
- “Neftçi” ilə müqavilə imzalayanda bilirdin ki, klub səndən 2 gün sonra daha bir hücumçu alacaq?
- Bu barədə məlumatım yox idi. Ancaq sevinirəm ki, komandada iki hücumçu var. Sağlam rəqabətdən inkişaf yaranır. Hər ikimiz peşəkar futbolçularıq, çalışacağıq ki, birlikdə komandamıza xeyir verək.
 
- “Qəbələ”nin yeni transferi Daniel Subotiç ilk oyunundaca fərqləndi. Sənin belə bir iddan yox idi?
- Xaraktercə pozitiv adamam. Hər oyundan öncə düşünürəm ki, çıxıb qol vuracam. Bu oyunda da imkanım oldu, ancaq qapıçı qola imkan vermədi. Buna baxmayaraq, “Neftçi” yeni komandadı, oyunçular təzə gəliblər. Komandanın tam hazır olmasına 2-3 ay lazımdı. 
 
- Ümumiyyətlə, hansı komandaya gəldiyini bilirdinmi? “Neftçi”nin tarixi haqqında məlumatı varmı?
- Əlbəttə ki, hansı komandaya gəldiyimi bilirdim. Xəbərim var idi ki, “Neftçi” ardıcıl 3 il çempionluq qazanıb. Ancaq onu da bilirdim ki, ötən il və cari mövsüm işlər heç də istənilən kimi getməyib. Komandadakı dəyişikliyin “Neftçi”yə xeyri dəyəcəyini düşünürəm.
 
- Təxminən nə qədər vaxta “Neftçi” autsayderlər sırasından çıxa biləcək?
- Bayaq da vurğuladım ki, komandaya hələ bir qədər vaxt lazımdı. Mən cəmi 3 gündü qoşulmuşam. İnanıram ki, bir müddət sonra hər şey yaxşı olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30