19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Xarici futbol

Çalhanoğlu: “Bundan sonra karyerama qarışmayacaq”

“Trabzonspor” klubu ilə imzaladığı müqavilənin şərtlərinə əməl etmədiyi üçün FİFA tərəfindən 4 ay müddətində futboldan uzaqlaşdırılan Türkiyə millisinin və "Bayer"in (Leverkuzen) üzvü Hakan Çalhanoğlu cəza ilə bağlı açıqlama verib.
 
Futbolxeber.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi bunlara atasının səbəb olduğunu deyib: “17 yaşında idim və "Karlsrue" komandasında oynayırdım. Atamın Darmştadt şəhərində bir restoranda “Trabzonspor” rəsmiləri ilə görüşdüyünü dostlarımdan təsadüfən öyrəndim. Mənə nə bu görüşdən söhbət açdı, nə də Türkiyədə futbol oynamaq istəyib-istəmədiyimi soruşdu. Sadəcə qarşıma bir sənəd qoydu və imzalamalı olduğumu dedi. Adət-ənənələrimizdə atanın sözü keçər. həmin vaxt 17 yaşındaydım və bunun nələrə səbəb olacağının fərqində deyildim. Sadəcə futbol oynayırdım. Atama güvəndim”.
 
“Karyeramda çox şey yaşadım. Bu hadisə məni daha da güclü edəcək. Menecerim Bektaş Demirtaş və bütün məsələlərimlə maraqlanan Rabii Salhiyə güvənirəm. Bu hadisə mənə təsir etdi. Yaşananlar atamı da məyus etdi. Atam bundan sonra karyerama qarışmayacaq. Baş məşqçim Roqer Şmidtlə də danışdım, mənə futbola köklənməli olduğumu dedi”.
 
Qeyd edək ki, Çalhanoğlu 2011-ci ildə Türkiyə klubu ilə müqavilə imzalamaqla bağlı razılığa gələrək 100 min avroluq ilkin ödəniş almasına baxmayaraq, sonradan fikrini dəyişmişdi. O, trabzonlulardan imtina edərək "Hamburq"a (Almaniya) keçmişdi. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30