29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Sevilya”nın prezidenti: “Çempionluq bizlik deyil”

“Sevilya”nın prezidenti Xose Kastro Karmona La Liqadakı çempionluq mübarizəsini dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, o, komandasının qızıl medalları qazanmaq şansının çox çətin olduğunu bildirib:

“Hazırkı vəziyyətdən tam razıyıq. Lakin durumu ayıq başla dəyərləndirmək lazımdır. Çempionluq bizlik deyil. Qızıl medallar uğrunda “Real” və “Barselona” yarışacaq.

Biz realistik. Təslim olmaq fikrində deyilik. Məqsədimiz Çempionlar Liqasında çıxış etmək imkanı verən yerlərdən birini tutmaqdır”.

Qeyd edək ki, hazırda “Sevilya” lider “Real”dan 1 xal geri qalmaqla turnir cədvəlində ikinci yeri tutur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31