19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

"Boavişta"nın oyununda qalmaqal: Kamran Ağayev dava saldı

Futbol üzrə Portuqaliya çempionatında XVII turun oyunları keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvləri - Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə lider “Benfika” ilə qarşılaşıb. Görüş 3:3 hesablı bərabərliklə başa çatıb. 
 
Emin 89-cu dəqiqədə meydana çıxsa da, start heyətdə oyuna başlayan və 90 dəqiqə oynayan Kamran qalmaqalla yadda qalıb. Vaxtı uzatdığı üçün 75-ci dəqiqədə sarı vərəqə alan Ağayev oyun başa çatdıqdan sonra rəqib komandanın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Lakin onu Mahmudov və komanda yoldaşları sakitləşdirib. Ehtimal edilir ki, “Benfika”nın ehtiyatda qalan futbolçularından biri onu ağır şəkildə təhqir edib. Çünki Kamranı yalnız komandanın məşqçilər heyəti və stadionun mühafizəçiləri sakitləşdirə bilib.
 
Qeyd edək ki, "Boavişta" hazırda 21 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30