20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

"Kirill Petrov "Neftçi"yə pula görə keçdi"

Ukraynanın "Olimpik" klubunun prezidenti Vladislav Gelzin Kirill Petrovun "Neftçi"yə transfer olunmasına münasibət bildirib.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, V.Gelzin 27 yaşlı müdafiəçinin Azərbaycan klubuna pul qazanmaq üçün keçdiyini açıqlayıb.

Klub prezidenti bildirib ki, "Neftçi" Petrova "Olimpik"dən daha çox pul ödəyəcək: "Biz onunla danışdıq. Bilir ki, bizim öz hədəflərimiz var. Ancaq orada başqa vəziyyətdir. Onun ailə vəziyyəti, şəxsi işləri və kiçik problemləri var. Bu barədə danışmaq istəmirəm. Özünə bizdən daha çox pul ödəyən klub tapdı. O, Azərbaycan çempionatını seçdi. Hansı ki, həmin çempionat səviyyəcə bizdən aşağıdır. Bu səbəbdən, Kirillin Azərbaycana pul qazanmaq üçün getdiyini demək olar. Belə vəziyyətdə isə onu başa düşmək lazımdır".

Qeyd edək ki, "Neftçi" Kirill Petrovla 1.5 illik müqavilə imzalayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30