20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Berti Foqts: “Tanrı sabah ölümümü istəsə…”

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlama verib.
 
Futbolxeber.az-ın məlumatına görə, dekabrın 30-u 70-ci ad gününü qeyd edəcək təcrübəli mütəxəssis uşaqlıq illərindən danışıb: “Anamı körpə vaxtı itirmişəm. Fiziki cəhətdən yaxşı böyüməmişəm. Çilingər işləyirdim, amma sonra futbola başlamağa qərar verdim. 19 yaşımda “Borussiya”da (Münhenqladbax) peşəkar karyerama start verdim. Əvvələr mənim böyük həyatım var idi”.
 
ABŞ millisində məsləhətçi vəzifəsindən ayrılan və hazırda işsiz olan çalışdırıcı yenidən fəaliyyət göstərməyə hazır olduğunu deyib:  “Bundesliqa klublarının birində məsləhətçi kimi çalışa bilərəm. Amerika komandalarında da baş məşqçi kimi özümü sınamağa hazıram. Təklifləri dəyərləndirəcəm və futbola qayıtmağa hazıram”.
 
O, ölümə hazır olduğunu da qeyd edib: “Ölümdən sonrakı həyat barədə düşünməmişəm. Əgər Tanrı sabah ölümümü istəsə, buna sadəcə, hazır olmalıyam”.
 
Qeyd edək ki, Foqts 2008-2014-cü illər ərzində millimizdə baş məşqçi işləyib. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30