29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Dəniz Yılmaz klubu ilə bağlı qalmaqal: azarkeş bıçaqlanıb

Türkiyə futbolunda daha bir bədbəxt hadisə yaşanıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, olay “Beşiktaş” – “Bursaspor” (2:1) oyunundan sonra baş verib. Ev sahibi komandanın fanatları rəqibin 16 yaşlı azarkeşini bıçaqlayıb. İstanbul klubunun fanatları azarkeşi bıçaqlayaraq əlindəki pankartı alıb. Həmin gün Beşiktaşda terror olduğundan hadisə barədə çox danışılmayıb.
 
Xəstəxanaya yerləşdirilən 16 yaşlı fanat bu barədə danışdıqdan sonra məsələ yenidən gündəmə gəlib: “Stadiondan çıxıb getdik. Əlimizdə böyük pankart var idi. 3 nəfər idik. Onlarsa çox idilər. Sonra pankart məndə qaldı. Üstümə hücum çəkib onu almaq istədilər. Vermədiyimi görüb bıçaqladılar”.
 
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
 
Maraq üçün onu da qeyd edək ki, millimizin üzvü Dəniz Yılmaz da “Bursaspor”da çıxış edir. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31