23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Villaş-Boaşın yeni klubu müəyyənləşdi

Andre Villaş-Boaşın yeni iş yeri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, daha öncə “Tottenhem”, “Çelsi”, “Zenit” kimi klubları çalışdıran portuqaliyalı mütəxəssis karyerasını Çində davam etdirəcək.

O, “Şanxay Telleys” klubu ilə anlaşıb. Villaş-Boaş baş məşqçi postunda bu gün vəzifəsindən uzaqlaşdırılan Sven-Yoran Erikseni əvəzləyib.

İsveçli məşqçinin rəhbərliyi altında “Şanxay Telleys” ölkə çempionatında bürünc medalları qazanıb. Lakin komandanın çempion “Quaçnjou Everqands”dan 12 xal geri qalması klub rəhbərliyini qane etməyib.

Qeyd edək ki, Villaş-Boaş Çin klubunda ildə 12 milyon avro əmək haqqı alacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30