26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

“Qəbələ”nin rəqiblərindən yalnız “Sent-Etyen” sevindi

Avroliqanın qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda yer alan komandalar ölkə çempionatında növbəti oyunlarını keçiriblər.

Futbolxeber.az saytının məlumatına görə, oktyabrın 20-dı “Qəbələ”ni məğlub edən “Sent Etyen” eyni uğuru Fransa çempionatında da təkrarlayıb. Yalnız fərq ondadır ki, “Kann”la səfərdə oyununda “Sent-Etyen” 3 xalı 2 cavabsız qolla qazanıb. Xallarının sayını 16-ya çatdıran “Sent-Etyen” turnir cədvəlində 7-ci yeri tutur.

Bundesliqanın 8-ci turunda “Maynts” səfərdə “Şalke”yə 0:3 hesabı ilə uduzub. 11 xalı olan “Maynts” 9-cu pillədə qərarlaşıb.

“Anderlext” 11-ci tur çərçivəsində son çempion “Brügge”yə səfərdə 1:2 hesabı ilə boyun əyib. 21 xala malik Brüssel klubu turnir cədvəlində üçüncüdür.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30