26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

“Reynaldoya qarşı oynamaq maraqlı olacaq”

 “Qarabağ”ın Çempionlar Liqasında “Viktoriya” ilə oyunlarına baxmışıq. Həmin görüşdə Azərbaycan komandasının pljenlilərə necə problem yaratdıqlarını gördük”. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bunu “Slovan”ın futbolçusu Yeqon Vux deyib.

Çexiya təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qarabağ”ın qonağı olacaq.

Oyunla bağlı Çexiya mətbuatına danışan 25 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisindən çəkindiklərini etiraf edib: “Qarabağ” “Viktoriya” ilə qarşılaşmada topa nəzarət edən tərəf idi və rəqibə oynamaq imkanı vermirdi. “Viktoriya”nın müdafiəçisi David Limberski onlara qarşı necə oynamaq lazım olduğunu mənə deyib. O, “Qarabağ”la görüşdə hücuma necə keçmək gərəkdiyini söyləyib. Bilirik ki, Azərbaycan klubu yüksək səviyyəli futbolçulara malikdi. Xüsusən də, hücumçuları Reynaldonun adını çəkməliyəm. Belə oyunçulara qarşı oynamaq bizim üçün də maraqlı olacaq”.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək “Qarabağ” - “Slovan” matçı saat 19:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30