29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Ramin Musayev: “Əvvəl 5-10 minə bir avtobus legioner gətirirdilər”

“Hər birimizin məqsədi milli komanda üçün oyunçu yetişdirməkdir. Vaxtı ilə legionerlərə görə 20 min manat rüsum ödənilirdi. Bu addımı ona görə etmişdik ki, klublarımız səviyyəli futbolçularla güclənsinlər”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

PFL prezidenti qeyd edib ki, hazırkı məqamda legioner limitinin azaldılması nəzərdə tutulmayıb: “Əvvəl qərara alınmışdı ki, öz millisində oynayan futbolçu üzvlük haqqından azad olsun. Bütün bunlar ona görə idi ki, gələn legionerlərin səviyyəsi yüksək olsun. Əvvəl 5-10 minə bir avtobus legioner gətirirdilər. Bunun qarşısını almaq üçün hazırkı limit qəbul olundu. Bəzi gənclər bizim ömrümüz boyu qazanmadığımız pulu 22-23 yaşında qazanır. Düşünürdülər ki, bununla da həyat bitdi. Sonra da AFFA-ya gəlib iş istəyirlər. Ad çəkməyim, düz çıxmaz. Elə futbolçu var ki, üz-üzə gələndə məndən kömək istəyir. Deyir dolanmaq çətindi. Halbuki vaxtında deyirdik ki, gələcəyinizi təmin edin. Son çempionatda məlum oldu ki, pul az olanda daha yaxşı iş gedir. Bu il daha çox yerli futbolçu qazanacağıq. Çünki onlar məcburdular özlərini göstərməyə. İndiki məqamda limitin dəyişdirilməsi nəzərdə tutulmur”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31