19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

“Qarabağ”ın futbolçusunu xüsusi mühafizə dəstəsi qoruyacaq

Fransa Kəşfiyyat idarəsi ölkədə yeni terror hadisələrinin baş vermək ehtimalını nəzərə alaraq, təhlükəsizlik tədbirlərini gücləndirib. Futbolxeber.az saytının məlumatına görə, 10 iyun-10 iyul aralığında keçiriləcək futbol üzrə Avropa çempionatı və “Tour De France” velosiped yarışı öncəsi yaradılmış gücləndirilmiş rejimin vaxtı uzadılıb.

Avropa çempionatında iştirak edəcək hər yığmanı özəl birliklər qoruyacaq. Belə ki, Fransaya yollanan 24 komandanın hər birinə 5 nəfərdən ibarət xüsusi mühafizə dəstəsi ayrılacaq. Futbolçuların və komandaların digər üzvlərinin təhlükəsizliyinə məhz həmin mühafizə xidmətinin əməkdaşları cavabdehlik daşıyacaqlar.

Turnirin əsas favoritlərindən sayılan Almaniya millisi bununla kifayətlənməyəcək. Bundestim AÇ-yə öz mühafizəçilərini də aparacaq.

Gələn ay start götürəcək Avropa çempionatına Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu da yollanacaq. “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Albaniya millisinin heyətində turnirdə iştirak edəcək.

Qeyd edək ki, 10 stadionda keçiriləcək 51 qarşılaşmanı 2,5 milyon futbolsevərin stadiondan izləyəcəyi gözlənilir.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30