25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Xarici futbol

"Damağında siqaret varsa, başqasına "çəkmə", deyə bilmərsən"

Cennaro Qattuzo "Milan"ın və İtaliya millisinin azarkeşlərinin qəlbində əbədi taxt qurub. Qattuzo futbolçu kimi qeyri-adi bacarığa malik olmasa da, döyüşkənliyi ilə daim könülləri fəth edib. Daim meydanda vuruşan Qattuzo bununla da rəqiblərin gözünün odunu alırdı. "Milan"da 13 il keçirən Cennaro 468 oyunda meydana çıxıb və 11 qol vurub. Ötən yay o "Milan"ı tərk edərək, İsveçrəyə üz tutdu və karyerasını da "Sion"da başa vurdu. Bir müddət əvvəl isə Qattuzonun "Milan"ın məşqçilər korpusunda yer alacağı deyilsə də, bu xəbər hələ ki təsdiqini tapmayıb. Bu günlərdə İtaliya mətbuatına verdiyi müsahibədə Qattuzo bir çox maraqlı məqamlara aydınlıq gətirib.

- Deyilənə görə, "Sion"a keçməmişdən öncə siz çox ciddi problemlə qarşılaşmısınız...

- Bəli, problemlər oldu. Amma mən çətinliklərdən qorxmadım. Əksinə, problemlər məni daha da güclü etdi. Öz dünyamı günü-gündən inkişaf etdirib, gələcəyə baxmağa çalışdım. 

- Karyeran ərzində bir çox məşqçilərlə çalışmısınız. Onlar hansı sizi ilhamlandırır?

- Ançelotti, Zakkeroni, Lippi - adını çəkdiyim mütəxəssislərin hər birində bəyəndiyim xüsusiyyətlər çox olub. Onların inkişafımda, püxtələşməyimdə böyük rolları olub. Bunu dana bilmərəm. Amma söhbət xarakterdən gedirsə, mən özümü qeyd edə bilərəm. Bunu özündənrazılıq kimi qəbul etməyin. Amma güclü xarakterə malik olmaq - bu elə bir məqamdır ki, onu təkrarlamaq olmaz - ya var, ya yox. Belə deyək də, əgər bir insan uşağa "siqaret çəkmə" deyirsə, deməli həmin insanın özü də siqaret çəkməməlidir. Yoxsa, sən siqaret çəkə-çəkə bir başqasına bunu etməməyi məsləhət görürsənsə, deməli sözün havaya uçacaq.

- Bəs, ən çox bağlı olduğunuz insan kimdir?

- Sizə ad lazımdır? Əgər, mütləq ad çəkməliyəmsə, Karlo Ançelottini qeyd edə bilərəm. Onunla birgə "Milan"da əla günlər keçirmişik. Bu sözümü həmin vaxt komandada çıxış edən hər bir futbolçu təsdiqləyə bilər. Çünki Ançelotti bizə öv övladı kimi davranırdı. Hər bir insanın həyatda problemi olmur. Kiminsə həyat yoldaşı və ya bir başqa çətinliyi olarkən o bizi pofisə yığır və əlini çiynimizə qoyaraq deyirdi ki, "Bu gün sən məşq etmirsən, get, öz problemini həll elə".

- "Milan" sənin üçün nə deməkdir?

- "Milan" mənim üçün 13 il davam edən arzu idi. "Milan"da çıxış edərkən, mən özümü təkcə futbolçu kimi yox, həm də lider kimi hiss edirdim. Sanki daim yüksəklikdə uçurdum. Bugünkü gündə hətta "Milan Channel"in ("Milan"ın rəsmi televiziyası - red.) əməkdaşları ilə ünsiyyət quranda da həyəcanlanıram. Çünki biz birlikdə o qədər şey yaşamışıq ki... Düzdür, "Milan"dan ayrılıb, "Sion"a üz tutdum. Amma Milanda keçirdiyim günləri, ayları, illəri unutmağım qeyri-mümkündü. Bəlkə də kiməsə bu adi görünə bilər. Lakin bu hissləri yaşayan, həmin yolu keçənlər nə demək istədiyimi anlayır. Sözün açığı, mən "Milan"dan getmək də istəmirdim. Amma şərtlə məni "Sion"a apardı.

- "Milan"dakı 13 il ərzində həm də xeyli sayda mükafat qazandın. Komandada xeyli yaxşı günün olub. Bəs, hansı məqamları "Milan"dakı karyerandan silib, atmaq istərdin?

- Heç vaxt xatırlamaq istəmədiyim 2 belə olay yaşanıb. Birincisi Çempionlar Liqasının 1/8 finalında "Tottenhem"in məşqçisi Co Cordanla yaşadığım insident idi. Eləcə də "Milan"ı "İnter"ə dəyişən Leonarda haqda səslənən mahnılar. Məhz bu iki məqam "Milan"da keçirdiyim 13 il ərzində xatılrmaq istəmədiyim məqamlardı. Etiraf edim ki, bugünkü gündə də həmin olaylara görə xəcalət çəkirəm

- 13 il ərzində 2 xoşagəlməz olay. Bu, heç də çox deyil.

- Bəlkə də elədir. Amma hər iki halda mən özümə yaraşmayan hərəkət etdim. İndi də həmin anları xatırlayarkən ağılsızlıq etdiyimi başa düşürəm.

- Bəziləri düşünür ki, Cennaro Qattuzo daha çox insan kimi tanınır. Yəni, onun xarakteri futbolçuluğundan daha populyardı. Bu fikirlə razısan?

- Mən hər zaman nə hiss edirəmsə, onu da edirəm. Burada şəxsi heç nə yoxdur. Həmçinin nə isə edərkən özümü göstərmək barədə də düşünmürəm. Öz köklərimlə fəxr edirəm və yolumla irəliyirəm. Həmçinin balacaları sevindirmək üçün müəyyən işlər görməyə çalışıram. Doğma şəhərim olan Skyavoneada uşaqlar üçün məktəb açmışam. Həmin futbol məktəbində bu gün 150 uşaq təhsil arlı. Eləcə də orada stadion tikdirib, fond təhsis etmişəm. Bütün bunlar mənin üçün böyük əhəmiyyət kəsb edir.

- Çoxları Alleqrinin komandadan gedəcəyini düşünsə də, o postunda qaldı...

- Məncə, burada Qallianinin magiyası öz sözünü dedi. Xəbəri eşitdikdən sonra mən də ona zəng edərək, təbrik etdim. "Milan" bir daha sübut etdi ki, hər zaman doğru olan seçimi etməyi bacarırı. Hər kəs Alleqriyə hökm oxumağa hazır idi. Amma hər şey əksinə baş verdi. "Milan" turnir cədvəlinin aşağı pillələrində qərarlaşarkən, klubun prezidenti daim komandaya dəstək oldu. Berluskonin komandanın uğurlarında böyük rolu var. Öz adımdan deyə bilərəm ki, hər zaman mühüm matçlardan öncə o, paltardəyişmə otağına gəlib, bizi ruhlandıranda mən bundan böyük güc alırdım. Ümumiyyətlə, onun dəstəyini komanda daim öz üzərində hiss edirb və bundan ilham alıb.

- Alleqrini bir məşqçi kimi necə təsvir edə bilərsən?

- Maks yaxşı oölandı, gəncdi. Eləcə də ondan nə istənildiyini çox yaxşı bilir. Aydın məsələdir ki, yeni mövsüm öncəsi o rəhbərlikdən komandanı gücləndirməyi tələb edəcək. Heyət mütləq rəqabətə davamlı olmalıdır. Əks halda uğur qazanmaq çətinləşər. Bir sözlə, Alleqri yaxşı məşqçidir. Onun ən böyük üstünlüklərindən biri də daim sakitliyini qorumasıdır. Halbuki ən çətin anlarda belə, sakitliyini qorumağı heç də hər adam bacarmır.

- Alleqrinin istefası müzakirə olunarkən, onun potensial əvəzləyicilərindən biri də sən idin. "Milan"ın baş məşqçisi olmaq istərdin?

- İlk növbədə onu deyim ki, "Milan"ı çalışdırmaq heç də asan deyil. Amma bir gün mən də bunu etmək istəyirəm. İnanıram ki, bir gün həmin an gələcək. Ümumiyyətlə, "Milan"da vəzifə sahibi olmağı istəyirəm. Lakin indi komandanı çalışdırmaq barədə düşünmürəm. Çünki hələ tezdir. Tezdir deyərkən, mən təkcə özümü nəzərdə tutmuram. Qəzetlərdə "Milan"ın baş məşqçisi postuna öz adımı, eləcə də Pippo (Filippo İnzagi nəzərdə tutulur - red.) və Zeedorfun adını görərkən, anlayırdım ki. hər birimiz hələ bu postu tutmağa hazəır deyilik. İndi hər birimizi daha da irəli getməli, inkişaf etmək barədə düşünməliyik.

- "Milan"ın heyətində unuda bilmədəyiniz oyun hansıdır?

- Belə oyunlar çox olub. Lakin mən yekununda kubok qazandığımız finalları deyil, tam başqa bir matçı fərqləndirmək istərdim. Bu, "San Siro"da 70 min insanın gözləri qarşısında Çempionlar Liqasının təsnifat mərhələsində "Srvenza Zvezda"ya qarşı keçirdiyimiz matç idi. Həmin vaxt dünya çempionatından geri döndük, istirahətə çıxdıq və cəmi 5 gün ərzində matça hazırlaşdıq. Bu il də "Milan" yola təsnifat mərhələsindən başlayacaq. Əminəm ki, komanda burada uğur qazanaraq, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq. Çünki səviyyə baxımından Çempionlar Liqası Avroliqanı xeyli qabaqlayır.

Hazırladı: Şahin ZÜLFÜQAROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30