23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Ramin Musayev: "Yəqin ki, “Zirə” avrokuboklara buraxılacaq"

“Zirə” ilk dəfə Premyer Liqaya vəsiqə qazanmasına baxmayaraq, artıq avrokuboklara çıxmağa çox yaxındı. Bu da futbolumuzun inkişafından xəbər verir. Sözsüz ki, həm AFFA, həm də PFL rəhbərliyi belə bir komandanın Avrokubokda iştirak etməsini istəyər”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri apasport.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Bu mövsüm Azərbaycan Premyer Liqasına buraxılan “Zirə” yüksək dəstədə ilk ilindəcə medal qazanmağa yaxındı. Belə ki, arxada qalan 27 turdan sonra 50 xal toplayan paytaxt təmsilçisi turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Adil Şükürovun komandası avrokuboklara vəsiqə qazanmağa olduqca yaxın olsa da, bu hüquqdan məhrum ola bilər. UEFA-nın qaydalarına əsasən, hər bir klub azı 3 il fəaliyyət göstərdikdən sonra Avrokuboka buraxıla bilər.

Məsələ ilə bağlı münasibət bildirən Ramin Musayev AFFA-nın “Zirə”yə kömək edəcəyinə və komandanın avrokuboklara buraxılacağına inandığını bildirib: “Təbii ki, UEFA-nın öz qanunları var. Ancaq bildiyimə görə, bu komanda 3 il AFFA-nın üzvüdüsə, Avrokuboka gedə bilər. Mən bilən, “Zirə” 3 ildi AFFA-nın üzvüdü. Dərinliklərini dəqiq deyə bilmərəm, yalançı olaram. Amma AFFA-nın, baş katib Elxan Məmmədovun nəsə edəcəyinə inanıram. Yəqin ki, “Zirə” avrokuboklara buraxılacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30