24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Xarici futbol

"Fənərbaxça"nın futbolçusunda dopinq tapıldı

"Fənərbaxça"nın və Türkiyə millisinin futbolçusu Gökhan Gönülün orqanizmində istifadəsi qadağan olunmuş dərman preparatı aşkarlanıb. Futbolxeber.az saytının məlumatına görə, G.Gönül fevralın 12-i "Kasımpaşa" ilə matçda qabırğası qırıldığından "Beşikaş”la oyuna ağrıkəsici iynədən istifadə edərək çıxıb. Oyundan sonra dopinq-testdən keçməli futbolçular sırasında yer alan G.Gönülün analizi müsbət nəticə verib.

"Fənərbaxça"  G.Gönülün qabırğasındakı qırıq səbəbindən istifadəsi qadağan olunmuş ağrıkəsicidən istifadə etdiklərini qəbul edib. Ancaq klub müalicənin hər dövründə bununla bağlı Türkiyə Futbol Federasiyasına məlumat verdiklərini bildirib.

Məsələ ilə bağlı TFF-nin İntizam Komitəsi araşdırmaya başlayıb. Əgər futbolçunun dopinq qəbul etdiyi rəsmən sübuta yetirilsə, onun iki il müddətinə futboldan uzaqlaşdırılacağı bildirilir (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30