19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

“Fənərbağça”nın baş məşqçisindən rusiyalı jurnalistə sərt cavab

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşü çərçivəsində bu gün Moskva “Lokomotiv”inin qonağı olacaq “Fənərbaxğa”nın baş məşqçisi Vitor Perreyra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, o, gərgin və çətin bir görüş olacağını bildirib. Portuqaliyalı mütəxəssis komandasının qitənin ikinci dərəcəli klub turnirində yüksək hədəfləri olduğunu sözlərinə əlavə edib: “Çox çətin və gərgin matç olacaq. Rəqib geridönüş istəyəcək. Yaxşı komandaya qarşı oynasaq da, hədəflərimiz böyükdür. Komandamın taktiki və əhval-ruhiyyə baxımından “Lokomotiv”i üstələməsini istəyirəm. Bura heç-heçə üçün yox, qələbə qazanmaq üçün gəlmişik”.

Perreyra rusiyalı jurnalistin “Fənərbağçalı” futbolçu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın şəkli olan “T-shirt” geyə bilərmi” sualına cavabı ilə diqqət çəkib: “Fikrimcə, siz sualı düzgün adama verməmisiniz. Mən siyasətçi deyiləm, məşqçiyəm. Futbolla bağlı sualınız varsa, verin”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30