17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

"Real" ardıcıl dördüncü il 100 qol həddini aşdı

La Liqanın sonuncu turu çərçivəsində keçirilən "Real" - "Osasuna" (4:2) matçında meydan sahiblərinin üzvü Mikael Essyenin vurduğu qol Madrid klubu üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, afrikalı futbolçunun qolu cari mövsüm La Liqada "Real"ın rəqib qapılarından keçirdiyi sayca 101-ci top olub. Bununla da Madrid klubu ardıcıl dördüncü mövsümdə ölkə çempionatında 100 qol həddini aşıb. Ümumilikdə isə bu, "Real"ın tarixində beşinci belə uğurdur. Komanda Primeroda ilk dəfə 1989/90 mövsümündə 100 qol həddini aşıb.

"Osasuna" ilə oyun həm də Joze Maurinyonun "Real"dakı son matçı oldu. Karyerasının Madrid səhifəsini qələbə ilə qapayan portuqaliyalı mütəxəssisin rəhbərliyi altında "Real" La Liqada ümumilikdə 326 qol vurub ki, bunlardan 198-i "Santyaqo Bernabeu"da qeydə alınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30