19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

​"Fənərbağça" Moskvaya xüsusi reyslə gedə bilməyəcək

Avropa Liqasının 1/16 mərhələsində Rusiyanın "Lokomotiv" klubu ilə qarşılaşacaq Türkiyə "Fənərbağça"sı cavab görüşünə yollanmaq üçün icazə ala bilib. "Report"un məlumatına görə, səfərə yollanmaq mümkün olsa da, kluba özəl təyyarə ilə Moskvaya getmək qadağan olunub.

Rusiya və Türkiyə arasında yaşanan siyasi gərginlik səbəbindən İstanbul təmsilçisi Moskvaya yalnız adi reyslə gedə biləcək. Lakin "sarı-lacivərdlilər" bunun da yolunu tapıb. Səfər gününə qədər xüsusi reys icazəsi verilməsə, klub rəhbərliyi mütəmadi reysdə olan gediş-gəliş biletlərinin hamısını almağı düşünür.

Qeyd edək ki, "Fənərbağça" və "Lokomotiv" arasındakı ilk görüş fevralıln 16-da İstanbulda, cavab matçı isə fevralın 25-də Moskvada olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30