20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Trabzonspor" yunan forvardı transfer edir

Son mövsümdə "Akhisar Bələdiyyəspor"un Superliqada qalmasında böyük rolu olan yunan forvard Gekas komandanı tərk edir. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli futbolçunun yeni klubu da artıq bəllidir. Belə ki, Gekas karyerasını yeni mövsümdə "Trabzonspor"da davam etdirəcək. Trabzon klubunun rəhbərliyi artıq yunan hücumçu ilə görüşmələri yekunlaşdırıb. Tərəflər bütün detallarda razılığa gəliblər. Bazar ertəsi Gekasın "Trabzonspor"un futbolçusu kimi ictimaiyyətə təqdim olunacağı bildirilir. Gekası heyətinə qatan "Trabzonspor" braziliyalı qolçu Henrikenin komandada qalıb-qalmayacağı barədə hələlik qərar qəbul etməyib. Mövsüm boyu qeyri-stabilliyi ilə diqqət çəkən və sona yaxın formasını yığan Halil Altıntop da məşqçilər korpusunun verəcəyi qərarı gözləyir. Verilən məlumatlara görə, "Trabzonspor" Halili heyətində saxlamaq istəməsə, futbolçu yenidən Almaniyaya dönəcək. Halitin Bundesliqa klubundan təklif aldığı bildirilir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30