29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

"Milan" 15 yaşlı türk futbolçunu transfer etməyə çalışır

Son vaxtlar Türkiyədə hər kəs bu gəncdən bəhs edir. Söhbət 15 yaşlı Denizhan Denizdən gedir. Gənc futbolçu hazırda "Kartalspor"un U-15 komandasında çıxış edir. Futbolxeber.az-ın məlumatına görə, İtaliyanın dünyaca məşhur "Milan" klubu artıq türkiyəli vunderkində "elçi düşüb".

Denizhan Deniz verdiyi açıqlamada "Milan"dan təklif aldığını təsdiqləyib: "Milan" komandası məni heyətinə qatmaq istəyir. Amma ortada müəyyən problemlər var. Şərtlərə görə yaşım az olduğundan valideynlərimdən biri də mənimlə Milana getməlidi. Bu transferin reallaşmasını çox istəyirəm. Hazırda da atamı yola ətirməyə çalışıram".

15 yaşlı futbolçu gələcəkdə dillə bağlı problem yaşamamaslı üçün indi də çalışmalara başlayıb: "Hazırda Gebze əcnəbi dil kollecində oxuyuram. Artıq 3 dildə - fransız, italyan və ingiliscə sərbəst danışıram. Amma bununla kifayətləmək fikrində deyiləm. Təhsilimi davam etdirirəm".

Denizhan hədəfinin Avropada oynamaq olduğunu bildirib: "Hədəfim hər zaman Avropada oynamaqdı. Oyun tərzimi Rıdvan Dilmənə bənzədirlər. Mən də mütəmadi olaraq, onun oyunlarının videoyazılarını izləyirəm. Fərdi olaraq da hazırlıq keçirəm. Almaniya milli komandasının və Dortmund "Borussiya"sının proqranları əsasənda məşq edirəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31