26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Mer: “İstəmirik ki, içkili ruslar bizi narahat etsinlər”

Belçikanın Gent şəhərinin meri eyniadlı komandanın Çempionlar Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində “Zenit”i qəbul edəcəyi oyunda rus azarkeşlərin iştirakına qarşıdır. Futbolxeber.az-ın məlumatına görə, bununla bağlı Daniel Termon deyib: “Əvvəlki oyunları yada salsaq, əminliklə söyləmək olar ki, mütləq azarkeşlər baxımından problem yaşayacağıq. Ruslar şəhərin mərkəzindəki bütün otelləri bron ediblər. Halbuki şəhərdə qış festivalı başlayacaq. İstəmirik ki, içkili ruslar bizi narahat etsinlər”.

Belçika mətbuatı isə yazır ki, merin bu istəyi qanunauyğun deyil. Fransadan fərqli olaraq, Belçika qanunlarına görə, “Zenit” fanatlarına oyunu izləyə bilərlər.

Xatırladaq ki, Gent merinin narahatlığına əsas səbəb bu şəhərdə yaşayan türklərin sayının çox olmasıdır. Daniel Termon Rusiya və Türkiyə arasında yaşanan siyasi gərginliyin 2 ölkə vətəndaşları arasında Gentdə də problemə çevrilməsini istəmir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30