16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

Tomas Tuhel “Qəbələ” ilə oyunu düşünür: “Çox vacibdi”

"Qəbələ”nin Avropa Liqasındakı rəqibi Dortmund “Borussiya”sı bu gün Almaniya kubokunda 1/16 final matçına çıxacaq. Futbolxeber.az-ın məlumatına görə, II Bundesliqa təmsilçisi “Paderborn”u qəbul edəcək dortmundlular meydana ideal heyətlə çıxmayacaqlar.

Bunu komandanın baş məşqçisi Tomas Tuhel oyunöncəsi mətbuat konfransında deyib. Tuhel Bundesliqanın və Avropa Liqasının növbəti turunu nəzərə alaraq, heyətdə müəyyən dəyişikliklər edəcəyini söyləyib: “Almaniya kuboku da bizim üçün çox önəmlidi. Ancaq olduqca sıx qrafikdə çıxış edirik. Həftəsonu Bundesliqa çərçivəsində “Verder”lə, gələn həftə isə Avropa Liqası matçında “Qəbələ” ilə qarşılaşacağıq. Hər iki görüş hədəflərimiz baxımından bizim üçün çox önəmlidi və bunun hər ikisində çətin də olsa, qələbə qazanmalıyıq. Bunu nəzərə alaraq, “Paderborn”la qarşılaşmada oyun praktikası az olan futbolçulara da şans veriləcək. Bəzi oyunçularımızın dincəlməyə ehtiyacı var”.

Tuhel “Paderborn”un yeni baş məşqçisi Ştefan Effenberqin ünvanına da təriflər yağdırıb: “Effenberq öz dövrünün ən güclü futbolçularından biri olub. İnanıram ki, o, məşqçi kimi də özünü doğruldacaq. “Paderborn”un aşağı liqa komandası olması bizim hazırlığımıza təsir etmir. Ölkə kuboku bir oyundan ibarət olur. Bu isə məsuliyyəti birə-beş artırır”.

Qeyd edək ki, “Borussiya” - “Qəbələ” oyunu noyabrın 5-də Dortmundda keçiriləcək.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30