20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Covinko rekord imza atmaqla “Qızıl buts”a sahib çıxdı

MLS-də mövsümün bombardiri “Toronto”nun və Italiya millisinin hücumçusu Sebastyan Covinko olub. Futbolxeber.az-ın məlumatına görə, 28 yaşlı forvard 33 oyunda 22 qol vurub, 16 məhsuldar ötürmə verib. Covinko kimi “Kolambus Kryu”nun hücumçusu Key Kamara da mövsüm ərzində 22 dəfə fərqlənib. Lakin o, məhsuldar ötürmə sayında (8) Covinkodan geri qalıb. Covinko həm də çempionatın ən yaxşı assistenti adına sahib çıxıb. Təcrübəli forvard bu göstərici ilə mütləq rekorda imza atıb. 22 qol+16 məhsuldar ötürmə - bu nəticəyə 1 mövsümdə MLS-də heç bir futbolçu imza ata bilməmişdi. Buna qədər rekord “San-Xose Ertkuyks”un hücumçusu Kris Vondolovskiyə məxsus idi. 2012-ci ildə Vondolovski 27 qol və 7 məhsuldar ötürmə müəllifi olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30