19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Fatih Terim: “İndi danışmaq asandı”

“Ölkəmiz adına xeyirli olsun. Bu ölkənin 2, 3 saat sevinməyə ehtiyacı var. Xalqımıza sevinc bəxş etdiksə, nə mutlu bizə. Oyunçularıma minnətdaram. Futbolçularım da, ölkəm də daha yaxşılarına layiqdirlər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim deyib.

“Ay-ulduzlular”ı növbəti dəfə Avropa çempionatına daşıyan “İmperator” sözlərini belə davam edib: “Latviya ilə görüşdən sonra “biz demədən bitməz” söyləmişdim. O vaxt danışmaq hünər tələb edirdi. İndi danışmaq asandı. Hər an uçurumdan aşağı yuvarlanacaq kimi matçlar oynadıq. Birində məğlub olsaydıq, indi burda olmazdıq. Amma dediyim kimi; indi danışmaq asandı. Oyunçularım hər şeyi haqq edirlər. Yetər ki biz bir olaq. Ölkə olaraq da edə bilməyəcəyimiz heç nə yoxdur. Komandam, ölkəm bu uğura layiqdi. Bu uğurda əməyi olan hər kəsə minnətdaram”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30