25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

“Qriqorçuk yaxşı məşqçidir, hətta yaşı 30-dan yuxarı olan futbolçuları da inkişaf etdirir”

“Volın” klubunun yarımmüdafiəçisi Sergey Politılo Ukrayna mətbuatına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu müsahibəsində hazırda “Qəbələ”ni çalışdıran, vaxtı ilə “Çernomorets”də rəhbərliyi altında çıxış etdiyi Roman Qriqorçukdan da söz açıb: “Mən Qriqorçukun rəhbərliyi altında pis oynamırdım. Roman İosifoviç həqiqətən də yaxşı məşqçidir. O, hətta yaşı 30-dan yuxarı olan futbolçuları da inkişaf etdirir. Məsələn, Sergey Qay. Yaxud sabiq “Çernomorets”li Paşa Kutas. Yəqin insanlar düşünürlər ki, Ukrayna Premyer Liqasında çıxış edən təcrübəli futbolçular daha heç nə öyrənməməlidirlər, onlar hər şeyi bilirlər. Lakin belə deyil. Qriqorçukun iş sistemi tam fərqlidir. O hər şeyə başa düşəcəyin tərzdə izah edir. Sən nəzəriyyədə 40 dəqiqə, hətta 1 saat da otura bilərsən. Amma oyunda 100 faiz bunun faydasını görəcəksən. Hara qaçmalı olduğunu, hansı tərəf ötürmə verməli olduğunu daha yaxşı dərk edirsən. Bir sözlə, Qriqorçuk hər xırda detalı belə ətraflı şəkildə futbolçularına izah edir”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30