20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

İtaliya millisinin hücumçusu: “Azərbaycanı asan komanda hesab etmək olmaz”

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan - Xorvatiya matçının (0:0) nəticəsi İtaliya millisinin hücumçusu Qratsiano Pelleni təəccübləndirib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, Robert Prosineçkinin yetirmələri ilə H qrupunda yer alan apenninli futbolçu yığmamızla oyunun heç də asan keçməyəcəyini açıqlayıb.

İngiltərənin “Sautgempton” klubunun şərəfini qoruyan 30 yaşlı hücumçu Malta üzərində 1:0 hesablı qələbədən sonra bildirib ki, artıq zəif komanda yoxdu: “Malta ilə oyunumuz çox çətin keçdi. Bununla yanaşı, biz Xorvatiya və Azərbaycanın heç-heçə oynamasının şahidi olduq. Bu bir daha göstərir ki, futbol getdikcə çətinləşir. Azərbaycanı asan komanda hesab etmək olmaz”.

Pellenin sözlərinə görə, qarşıdakı görüşlərdə maksimum güclərini ortaya qoyub, qrup liderliyini davam etdirmək arzusundadı: “Üzərimizdə çox işləyib, daha əzmkar olmalıyıq. Mənim işim qol vurmaqdı və bunun üçün əlimdən gələni edirəm”.

Qeyd edək ki, Azərbaycan - İtaliya oyunu oktyabrın 10-da Olimpiya stadionunda olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30