19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Fernando Torres: "Heç yana getmirəm"

 

Son vaxtlar tez-tez tənqid olunan, buna baxmayaraq, vacib anlarda səhnəyə çıxan Fernando Torres "Çelsi"dəki gələcəyindən danışıb. Futbolxeber.az-ın məlumatına görə, ispan forvard London klubunu tərk etmək istəmədiyini bildirib. 2011-ci ildə 58 milyon avro qarşılığında London klubuna transfer olunan Torres gələcəyi ilə bağlı deyib: "Mətbuat nə yazır, yazsın. Mən qulaqlarımı qapamışam. Transfer pəncərəsi yaxınlaşarkən, bu cür şaiyələr hər zaman olur. Buna artıq öyrəşmişəm. Amma əminliklə söyləyirəm ki, mən heç yana getmirəm. Bildiyim qədəri ilə heç klubum da məni buraxmaq fikrində deyil. Onlar da xidmətimdə maraqlıdırlar. "Çelsi"də özümü əla hiss edirəm".
Qeyd edək ki, Torresin adı "Fənərbaxça" ilə də yanaşı hallanırdı. "Çelsi"dən Raul Meyreleş və Miroslav Stoku transfer edən "Fənər" bu dəfə də Torresi heyətinə qatmaq istəsə də, bu, baş verməyib. İspan forvarda görə "sarı lacivərdlilər" London klubuna 13 milyon avro təklif edirdi. 
Əlavə edək ki, cari mövsümdə bütün yarışlar nəzərə alınmaqla 61 matçda forma geyən Torres 22 qol vurub və 11 məhsuldar ötürmə verib.   
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30