19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Arrivederci, MAESTRO!

O, Azərbaycanda və ya hər hansı bir şərq ölkəsinin futbolçusu olsaydı, öləndən sonra qəbrinin üstündə türbə tikdirib oranı pir elan edərdilər. Və hər futbola başlayan uşağı ilk növbədə o məbədə aparıb oranı ziyarət etdirərdilər...

Böyük futbolçu olmaq hər güclü futbolçuya nəsib olmur. Şəxsiyyət olmaq futbolçu olmaqdan daha çətindir. Hər ikisini bir cılız bədənə sığdırmaq isə tək-tük futbolçulara qismət olur. Gedənlər çox olub bu 15-20 ilimdə. Ağladıqlarım da olub, kədərləndiklərim də, heç hiss etmədiklərim də. Amma onun gedişi bir başqadır. Nə hiss etməyi belə anlamaq çətindir. Ötürmələrini əvvəlcədən oxuya bilməyən rəqiblər kimi, hətta bəzən öz komanda yoldaşları kimi...

Sanki bədənində hansısa orqanı səndən xəbərsiz kəsib atıblar. Səhər oyanmısan və anlamısan ki, bundan sonrakı həyatını o orqansız yaşamalısan. Seçim də yox kimidir. Nə qədər dramatik alınmaması üçün özümə sərhəd qoysam da, mümkün deyil. Bir ölkənin bir-birinə 3 düşmən klubunda ayrı-ayrı dövrlərdə forma geyən və hər 3 komandanın azarkeşlərindən alqış və “forza maestro!” eşidən bir futbolçu yalnız örnək ola bilər növbəti nəsillərə. Hər futbolçuya nəsib olmur, hər topa toxunuşda ayağa qalxan və alqışlayan azarkeşlə bütövləşmək.

Onunla böyük bir epoxa da başa çatır. Bəzən bir “ondan başqa kimsə bacarmaz” ötürməsini izləmək üçün 90 dəqiqə oyuna baxmalı olursan. Futbolu hələ də “robotlaşmadan” mühafizə edən çox azlardan idi. Onlar da azalmaqdadır. Ətrafımda müxtəlif klubların, yığmaların azarkeşləri, “xəstələri” var. Hətta onlar onun adı gələndə “o bir başqadır!” deyirlər.

Oğlum 1 yaşından 3 qarış böyükdür. Futbola da marağı var, ya da mənə elə gəlir. Maradonanın, Pelenin, Kroyfun oyunlarını canlı izləyə bilməmişəm və bu məni hər zaman sıxır. İndi oğlum Pirlonun oyunlarını, ötürmələrini, cərimə zərbələrini, davranışını izləməmiş futbola baxmağa başlayacaq. Bu daha ağırdır. Bu isə məni daha çox sıxır.

Belə getsə, MLS-i izləməyə başlayacağıq. Ən azı bir mövsümlük! Forza Maestro! 

Fərid Ordıyev, topsport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30