29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Artur Vidal: “Əvvəl təhqir edirlər, sonra da deyirlər gəl, bizim komandada oyna”

 

Cari mövsümdə “Yuventus” növbəti dəfə İtaliya çempionu oldu. Komanda rəsmən 29-cu, turinlilərin iddiasına görə isə 31-ci dəfə “A” seriyasının qalibi oldu. Komandanın bu uğurunda bir çoxlarının adını çəkmək olar. Kimisi komandanın baş məşqçisi Antonio Kontenin, kimisi qapıçı Canluici Buffonun, bir başqası da Andrea Pirlonun adını çəkə bilər. Amma bir futbolçu var ki, o öz oyunu ilə hər kəsin rəğbətini qazanmağı bacardı. Söhbət Arturo Vidaldan gedir. Təsadüfi deyil ki, “Yuventus”un azarkeşləri mövsümün ən yaxşı futbolçusu kimi məhz çilili yarımmüdafiəçinin adını çəkdilər.

- Komandanız növbəti dəfə İtaliya çempionu oldu. Çempionluq mərasimi çox yüksək səviyyədə təşkil olundu həmin anlarda siz çox şad görünürdünüz. O anda hansı hisslər keçirirdiniz?

- Bu, inanılmaz dəqiqələr idi. Sevincimizin həddi-hüdudu yox idi. Bu cür sevincli anlarda insan çəkdiyi əziyyəti, il ərzində gördüyü işləri, ağır məşqləri xatırlayır. Çox sevinsək də, bunun asan başa gəlmədiyini bilirdik. Çünki istəyimizə çatmaq üçün böyük yol qət etdik. Çox çətin günlərimiz oldu. Amma hər nə qədər çətinliklə üzləşsək də, sonda istədiyimizə çatdıq.

- Çətin anlardan söz açdın. Bu cür məqamlardan hansını xatırlaya bilərsən?

- Çətinliklərimiz oldu. Amma xoşbəxtlikdən elə anların sayı o qədər də çox deyildi. Ağlıma ilk olaraq “Cenoa” ilə oyun gəlir. Həmin görüşdə biz çox mühüm 2 xal itirdik. Nəticədə də “Napoli” bizimlə xal fərqini azaltdı. Halbuki həmin görüşdə qələbə bizə çox lazım idi. Elə düşünməyin ki, biz “Napoli”dən qorxurduq. Əsla, sadəcə olaraq biz “Cenoa” ilə matçda qələbə qazanmalıydıq. Həmin xal itkisi bizə çox pis təsir etmişdi.

- Skudetto ilə maraqlı bir şəkliniz qəzetlərin manşetini bəzədi. Həmin fotoya baxarkən belə təəssürat yaranırdı ki, sanki kuboku özünüzlə birgə evə aparacaqsınız...

- Bəli, şəkilə baxanda belə düşünmək olar. Amma əslində mən həmin anda kuboku azarkeşlərə tərəf aparırdım. Üzümü bütün fanatlara tutaraq, belə dedim - “kubok sizindir! Siz bu mükafata layiqsiniz”.

- Ümumiyyətlə, cari mövsümdə tez-tez fanatlarla ünsiyyətdə olurdunuz. Bu nədən irəli gəlirdi?

- Onlar mənim ürəyaçıqlığıma bələddirlər. Azarkeşlərimiz meydanda nə etmək istədiyimi bilirdilər. Hər bir fanat bilir ki, mən “Yuventus”un heyətində meydana çıxarkən, ürəyimi ortaya qoyuram.

- Amma sizin mümkün gedişiniz haqda yayılan xəbərlər azarkeşlərin narahatlığına səbəb olub. Xüsusən adınızınBavariyailə yanaşı hallanması fanatları narahat edir. Bəlkə onları sakitləşdirəsiniz?

- Mən “Yuventus”da çox xoşbəxtəm. Burada hər şey məni qane edir. Komandamı dəyişmək haqda heç düşünmürəm də. Əsas fikrim “Yuventus”un uğur qazanmasıdır. Təbii ki, futbolda gələcəkdə nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Amma bir daha təkrar edirəm ki, mən Turində özümü əla hiss edirəm.

- Deyilənə görə, sizi Turində 3 nəfər saxlaya bilər. Konte Marottidən başqa bu, sizin həyat yoldaşınızdır. Bu, dərəcədə doğrudur?

- Həqiqətən də belədir (gülür). Həyat yoldaşım və oğlum Alonso. Burada biz xoşbəxt yaşamaq üçün lazım olan hər şeyi tapmışıq. Nə mənim, nə də ailəmin buradakı mühitdən narazılığı var. Sözün açığı, Çili üçün heç darıxmırıq da. Buradakı mühit Almaniyadan qat-qat yaxşıdır.

- “Torinoilə oyundan dərhal sonra dedin ki, həmin görüşdə vurduğun qol İtaliyadakı karyeranda ən mühümüdür. İsti-isti insan həmişə iddalı açıqlamalar verir. İndi bu fikrində qalırsan?

- Fikrimi dəyişməmişəm. Həmin görüş çox çətin keçdi. Adı üstündə, derbi idi. Həm də “Torino”nu məğlub etməyimiz Skudettonu qazanmaq baxımından mühüm əhəmiyyət kəsb edirdi. Həmin oyunu həyat yoldaşım, oğlum, anam, eləcə də Çilidə gəlmiş dostlarım canlı olaraq tribunadan izləyirdilər. Anam Çilidə yaşayır və vaxtının böyük hissəsini ailəmizin ən kiçiyi olan bacıma həsr edir. Buna görə də o mənim qollarımı canlı olaraq nadir hallarda görür.

- Həmin qolu vurarkən beynindən hansı fikirlər keçdi?

- Bunu təsvir etmək olduqca çətindir. Bu, yüksəkdərəcəli adrenalin idi. Həmin anda beynimdə heç bir fikir yox idi. Yalnız sevinirdim, çox xoşbəxtim idim. Sanki daxilimdə bomba partlamışdı. Həmin anda insanların üstünə qaçıb, hər kəsi qucaqlamaq istəyirdim.

- Çempion olduqdan sonra Konte ilə bir-birinizə sarıldığınız an da jurnalistlərin gözündən yayınmamışdı. Həmin anı necə xatırlayırsan?

- Hə, hə, həmin an yadımdadır. Əla foto alındı. Konte bizi necə yönləndirmək lazım olduğunu yaxşı bilir. Buna görə də hər kəsdən çox onun sevinməyə, qururlanmağa haqqı var.

- Ümumiyyətlə, onunla münasibətləriniz necədir?

- Əla. Biz “Yuventus”da eyni vaxtda peyda olmuşuq. Elə ilk gündən Kontenin necə yaxşı bir məşqçi olduğunu başa düşdüm. O qeyri-adi insan və məşqçidir. Onun iş prinsipi mənə çox təsir etdi. Konte demək olar ki. futbolda hər şeyi bilir.

- Hansı mənada?

- Futbolu gözəl anlayır. Futbol, komanda, bizim hər birimiz haqda bütün informasiyalara malikdir. Rəqiblərimiz haqda da xırda detalları kimi ətraflı məlumat toplayır. Hər oyundan öncə diqqətlə kimin necə oynamalı olduğunu başa salır. Onun beynində hər zaman ideyalar bol olur. Hər bir çətin vəziyyətdən çıxmaq üçün ikinci planı var. Keçmişdə onun qədər zəngin ideyaya məxsus insana rast gəlməmişəm.

- Bir müddət Konte oyunları kənardan izləyirdi. Ehtiyat oyunçular skamyasından isə göstərişləri sizə Karrera verirdi. Həmin dövr komanda üçün çətin alındı?

- Həqiqətən də Konte olmadığına görə, həmin vaxt çətin anlar yaşadıq. Amma Karreranın haqqını yemək olmaz. O, öz işinin öhdəsindən layiqincə gəldi. Üzərinə düşəni artıqlamasıyla etdi. Karrera da əsl aslandır və vəziyyəti düzgün qiymətləndirməyi bacarırdı. Onunla da münasibətlərim əladır. Birgə xeyli vaxt keçiririk. Bilirəm ki, çıxışım Karreranı da qane edir. O tez-tez mənə dəyərli məsləhətlər verir.

- Komanda yoldaşın Poqba haqda hansı fikirlərdəsən?

- O əla futbolçu və yaxşı oğlandır. Poqbanın üzü hər zaman gülür. Onunla bir komandada oynamaq insana böyük zövq verir.

- vaxtsa 20 yaşında olarkən Poqbadan güclü olan futbolçu görmüsən?

- Məncə, yox. Poqba yaşına görə çox irəli gedib. Onun böyük istedadı var. Allah vergisindən başqa onda böyük güc, sürət, topla əla rəftar, hücum etmək, yaxşı müdafiə olunmaq, eləcə də qüvvətli zərbə endirmək bacarığı var. Poqba gələcəkdə daha yüksək səviyyəyə çatması üçün hər bir imkana malikdir. O gələcəkdə komandanın əsl lideri ola bilər.

- İlk oyunda Münhendə məğlub olduqdan sonra cavab görüşündə istədiyiniz nəticəni qazanacağınıza ümid edirdiniz?

- Əlbəttə. Biz hər zaman, sona kimi buna inanırdıq. Lakin istəyimiz baş tutmadı. Cavab oyunundan sonra ikinci 90 dəqiqəni diqqətlə analiz etdik və əmin olduq ki, rəqib həqiqətən də bizdən güclü idi. 

- “Yuventusla Çempionlar Liqasının finalında üz-üzə gələcək 2 alman klubu arasında hansı fərq var?

- Bu suala dəqiq cavab vermək mənim üçün mətindir. Lakin hesab edirəm ki, biz “Borussiya” ilə qarşılaşsaydıq, onları keçərdik. “Bavariya” ilə aramızda gündə fərq çox böyükdür. Münhenlilər dayanmadan inkişaf edirlər. Komandanın son 4 ildə 3 dəfə Çempionlar Liqasının finalına yüksəlməsi dediklərinə sübutdur. 

- “Bavariyanın hazırki heyəti qurularkən son Almaniyadaydın. Necə düşünürsən, indikiYuventus” 4-5 il əvvəlkiBavariya xatırladır?

- Hesab edirəm ki, “Bavariya”nın keçdiyi yolu “Yuventus” da təkrarlaya bilər. Amma indiki “Yuventus”u həmin vaxtdakı Münhen klubundan daha güclü sayıram. Biz hazırki “Bavariya”dan da irəli gedə bilərik. Buna heç şübhəniz olmasın.

- Yarımmüdafiəçi komandanın ən yaxşı bombardiridir. Bu, bir qədər qəribə deyilmi?

- Mən də belə düşünürəm. Amma bizim oyun tərzimiz buna səbəb olur. Buna görə hücumçuları günahlndırmaq yersizdir. Əgər mən, ya da Markizio fərqlənirsə, deməli Matri, Kvaryarealla və başqa hücumçular özlərini bizim uğrumuzda qurban veriblər. 

- “Yuventusun ilk transferi Lorento oldu. Onunla tanışsan?

- Lorentonun oyununa baxmışam. Əla hücumçudur. Fiziki cəhətdən güclü, həmçinin texnikalı oyunçudur.

- O oyun tərzinə görə hansı italyan hücumçuya bənzəyir?

- İtaliyada beləsi yoxdur. Deyərdim ki, Lorento İbrahimoviç kimi oynayır. Çox güclüdür və topla necə davranmalı olduğunu gözəl bilir.

- Səndən fərqli olaraq, digər çilili İsla bu mövsüm ondan gözləniləni verə bilmədi.

- Dayanın, dayanın! Cari mövsümdə gördüyünüz həqiqi İsla deyil. Ötən mövsüm aldığı ciddi zədə onun oyununa böyük təsir göstərdi. Amma gələn il özünüz də görəcəksiniz ki, meydanda tam fərqli İsla olacaq. Buna əminəm.

- “Yuventusun paltardəyişmə otağında ən dəlisov futbolçu kimdir?

- Birinci Simonedir (Pepe-Ş.Z). Daha sonra isə Matri və öz adımı çəkə bilərəm.

- “Stemford BricÇelsiilə görüşdə meydana çıxmağınız da birmənalı qarşılanmadı. Axı, həmin vaxt siz zədəliydiniz. Buna görə çoxları sizin meydana çıxmağınızı ağılsızlıq adlandırdı. Buna baxmayaraq, rəqib qapısından qol keçirməyi dfə bacardınız...

- Həmin görüş Çempionlar Liqasının oyunu idi. Bu cür mühüm oyunda mütləq meydana çıxmalı, komandamın yanında olmalıydım. Karyeram ərzində ağrılara qarşı mübarizə aparmağı öyrənmişəm. Bunu gücümün hesabına bacarıram. Bəlkə də bunun təhlükəli olduğunu deyənlər haqlıdırlar. Lakin mən dərhal təslim olanlardan deyiləm. Həkimlər də bunu yaxşı bilirlər.

- Oyunlardan öncə sizi hər zaman qulağcıqda görürük. “Vidal radiosunda hansı musiqilər səslənir?

- Əsasən Çili musiqisinə üstünlük verirəm. “Pleylist”im hər zaman öncədən hazır olur. Amma stadiona yollanarkən fikrim hər zaman oyunun yanında olur. Heç nə motivasiyamı poza bilməz.

- Həmin anlarda beynindən hansı hisslər keçir?

- Mən çox şey haqda düşünürəm. Əsasən də nə etməli olduğumu.

- 2011-ci ilin iyulunda sənYuventusun futbolçusu kimi ictimaiyyətə təqdim olundun. İnanırdın ki, 2 ildən sonra Skudettoya sahib çıxacaqsan?

- Buna inanırdım. Tam səmimi deyirəm. “Yuventus”u ona görə seçdim ki, bu klubda ciddi uğurlar qazanacağıma inanırdım.

- 2 il ərzində Turində sizi ən çox təəccübləndirdi?

- Digər komandaların azarkeşləri. Onlar məni küçədə görərkən əvvəlcə təhqir edirlər, sonra isə deyirlər ki, gəl, bizim komandamızda oyna.

- Belə anlarda hansı cavabı verirsiniz?

- Deyirəm ki, mən “Yuventus”da çox xoşbəxtəm.

Hazırladı: Şahin ZÜLFÜQAROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31