28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Qəbələ”nin diqqətinə: “Dinamo” Sloveniyada ardıcıl ikinci qələbəsini qazandı

Avroliqanın ilk mərhələsində “Qəbələ”nin rəqibi olan Tiflis “Dinamo”su Sloveniyada təlim-məşq toplanışını başa vurub. Futbolxeber.az-ın məlumatına görə, hazırlıq prosesinin son yoxlama matçında Gürcüstan təmsilçisi Sloveniyanın “Zavrc” klubu ilə qarşılaşıb. “Dinamo” meydana aşağıdakı heyətlə çıxıb: “Dinamo”: Hrdlicka (Beqaşvili 46), Kakabadze (Tvildiani 60), Çelidze, Quruli, Totadze (Gvelesiani 60), Tsintsadze (Tçanturişvili 46), Parunaşvili, Lobzhanidze, Papunaşvili, Kiteişvili (Jighauri 60), Kvilitaia (Volkov 46, Japiaşvili 69)

Matç “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə tamamlanıb. Gürcülərə qələbə gətirən qolları 6-cı dəqiqədə Kvilitaia, 90-cı dəqiqədə isə Papunaşvili vurub.

Qeyd edək ki, Sloveniyada “Dinamo” ümumilikdə 3 oyun keçirib. Daha əvvəl Makedoniya “Şkendiya”sına 0:1 hesabı ilə uduzan “Dinamo”, ikinci oyununda yerli “Domjale” 3:1 hesabı ilə məğlub edib.

Əlavə edək ki, “Domjale” - “Dinamo” oyunu Avroliqanın püşkatmasından öncə baş tutub. Avroliqanın ikinci mərhələsində “Dinamo” - “Qəbələ” cütünün qalibi, “Domjale” - “Çurakiçki” cütündə üstün olacaq komanda ilə qarşılaşacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31