18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Rusiya futbolunda qalmaqal: Azərbaycanlı futbolçunu milliyə buraxmırlar

Rusiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Dmirti Xomuxa qalmaqal yaradacaq açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, Avropa çempionatının final mərhələsinə qatılacaq U-19-un çalışdırıcısı istədiyi bütün futbolçuları sərəncamında görə bilmədiyini bildirib: “Hazırda “Zenit”lə danışıqlar aparırıq. Onlar Ramil Şeydayevi millinin düşərgəsinə buraxmaq istəmirlər. Bildirirlər ki, Şeydayev qitə birinciliyində çıxış edə bilməz. Çünki o, yeni mövsümə “Zenit”lə birgə hazırlaşmalıdır. Hazırda danışıqları davam etdiririk. Məsələnin necə yekunlaşacağını bilmirəm. Amir Natxonu da komandada görmək istəyirdim. Onu da klubdan buraxmadılar. Mənim üçün adlar önəm daşımır. Dəvət etdiyim futbolçunun hansı klubda oynamasının əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, hazırda U-19-u təşkil edən Rusiya millisi 2 il əvvəl 17 yaşlılar arasında Avropa çempionu olub. Ruslar indi də həmin uğuru U-19-la təkrarlamaq istəyirlər.

19 yaşlıların Avropa çempionatı 6-19 iyul tarixlərində Yunanıstanda keçiriləcək. Rusiya millisi B qrupunda yer alıb. Komandanın rəqibləri isə Almaniya, İspaniya və Hollandiyadır.

Onu da əlavə edək ki, Ramil Şeydayev Avropa çempionatının seçmə mərhələsində bombardir adını qazanıb.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30