25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Joze Maurinyo: "Bu, karyeramdakı ən uğursuz mövsümdür"

"Real"ın baş məşqçisi Joze Maurinyo Kral Kubokunun finalında "Atletiko"ya 1:2 hesabı ilə uduzduqları görüşü şərh edib. Futbolxeber.az-ın məlumatına görə, Maurinyo cari mövsümü karyerasındakı ən uğursuz mövsüm hesab edib: "Atletiko" qələbəyə layiq deyildi. Amma onlar qələbə qazandılar və bu münasibətlə rəqibi təbrik edirəm. Uzun illərdi futbolun içindəyəm və hər nə qədər güclü məşqçi olmasına baxmayaraq, hər il uğur qazanan mütəxəssis tanımıram. Bu, karyeramdakı ən pis mövsümdür. Mövsüm ərzində cəmi 1 mükafat qazandıq ki, bu da nə "Real"ı, nə də məni qane edir. Mövsüm bizim üçün çox uğursuz alındı. İspaniya kubokunda finalda, Çempionlar Liqasında isə yarımfinalda uduzduq. La Liqada ikinci yeri tutduq və yalnız ölkə superkubokunu qazandıq. Bəlkə də kimsə bu nəticələri özü üçün uğurlu hesab edə bilər, amma mən belə düşünmürəm".

Portuqaliyalı mütəxəssis gələcək karyerasından da söz açıb: "Real"la hələlik daha 3 illik müqaviləm var. Klub prezidenti ilə gələcək karyeramı hələ müzakirə etməmişəm. Mətbuatda gündə yerimə 1 məşqçi gətirir ki, bunu da normal qarşılayıram. Adım "Çelsi" və digər komandalarla da yanaşı çəkilir. Amma mən səmimi olmağa söz verirəm. Nə vaxt ki, Pereslə danışıqlar masasına əyləşəcəyik, o zaman da gələcəyimlə bağlı qərarımı rəsmən ictimaiyyətə açıqlayacağam". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30