24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Sinişa Mihayloviç: “Milan”ı çalışdırmağa hazıram”

“Sampdoriya”dan ayrılan Sinişa Mihayloviç “Milan”la danışıqlar apardığını təsdiqləyib. Futbolxeber.az-ın məlumatına görə, serb mütəxəssis Silvio Berluskoninin evində şam yeməyi edərkən, şərtlər barədə danışdıqlarını bildirib: “Milan”da çalışmaqdan hər bir məşqçi zövq alar. O cümlədən də mən. Berluskoninin villasındakı şam yeməyi qeyri-rəsmi və xoş idi. İlin əvvəlində təsəvvürümə də gətirməzdim ki, “Milan”da çalışmaq imkanım yarana bilər. Fakt budur ki, hər hər zaman “Qırmızı-qaralar”a hörmətlə yanaşmışam. Hətta “İnter”in tərəfində olanda belə”.

İtaliyalı həmkarlarımız Mihayloviçə bir neçə il əvvəl səsləndirdiyi “heç vaxt “Milan”ı çalışdırmaram” fikrini xatırladıblar. Serb məşqçinin cavabı belə olub: “Zaman keçdikcə insanlar dəyişir. Gənc olanda insanları özümdən uzaqlaşdırmağı sevirdim. Özümü daha çox motivasiya etmək üçün düşmənlərə ehtiyacım var idi. Zaman keçdikcə çox şey öyrəndim. Yaş 50-yə yaxınlaşdıqca fikirlər də dəyişir. “Milan”ın yeni baş məşqçisi olacağımı indidən söyləmək olmaz. Təyinat hələ rəsmiləşməyib. Lakin özümü “Milan”ı çalışdırmağa hazır sayıram”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30