19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Cim-Bom" və "Fənər"in növbəti hədəfi Kostadı

 

"Fənərbaxça" klubu "Valensiya" klubunun aparıcı üzvü Tino Kostanı heyətinə qatmaq istəyir. Futbolxeber.az-ın məlumatına görə, "sarı-lacivərdlilər" Kostanın transferi ilə bağlı qarşı tərəfə müraicət etməyə hazırlaşarkən, İspaniya mətbuatı ortaya mqaraqlı iddia atıb. Bəlli olub ki, əzəli rəqibindən daha cəld tərpənən "Qalatasaray" artıq Kostanın transferini reallaşdırmaq üçün "Valensiya" ilə danışıqlara başlayıb.

"Fənərbaxça" hələ ötən il Kostanı heyətinə qatmaq istəsə də, arzusuna çata bilməmişdi. Bu dəfə "Fənər" argentinalı futbolçunun transferini reallaşdırmaq üçün başqa vasitəyə əl atıb. Belə ki, "sarı-lacivərdlilər" "Valensiya"nın sabiq futbolçusu, hazırda "Fənər"in heyətində çıxış edən Mehmet Topalın meneceri Batur Sltıparmakın vasitəsilə keçidi həll etmək istəyir.

Argentinalı futbolçunun meneceri olan atası Andres Qarsiya da Kosta ilə bir çox klubun maraqlandığını söyləyib: "Şərikim hazırda Türkiyədədir. Türkiyənin bəzi klubları oğlumu heyətində görmək istəyir. Lakin hələlik ortada rəsmi heç nə yoxdur".

Tino Kostanın özü isə verdiyi açıqlamada "Qalatasaray" haqda xoş fikirlər səsləndirib: "Türkiyə futbol ölkəsidir, "Qalatasaray" da möhtəşəm klubdur. Amma düzünü eşitmək istəyirsinizsə, nədən bəhs edəcəyimi bilmirəm. Çünki "Qalatasaray"dan real təklif almamışam. İndi bütün diqqətimi "Valensiya"nın uğurlarına yönəltmişəm".

  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30